Putin MDB dövlət başçılarına üzük hədiyyə etdi

MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştiraka edən prezidentlər Yeni il hədiyyəsi olaraq üzük verilib. 

Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Belarus prezidentinin media komandası məlumat verib. “Lukaşenkonun əlində üzük var”-deyə öz Telegram-kanalında yazıblar.

Daha sonra onlar kanalda yazıblar: “Üzüyün sirri açıldı! MDB dövlət başçılarının bu görüşü üçün Yeni il hədiyyəsi kimi xüsusi olaraq 9 üzük hazırlanıb”. 

MDB-nin simvolu həkk edilmiş hədiyyə üzük sammitdə iştirak edən bütün siyasi liderlərə təqdim edilib.

Qeyd edək ki, Peterburqda keçirilən sammitdə Putin, İlham Əliyev, Paşinyan, Lukaşenko, Tokayev, Emomali Rahmon, Sərdar Berdımuhammedov, Sadır Japarov və Şavkat Mirziyeyev iştirak edir.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.