Putin Navalnının dəfni ilə bağlı FTX generallarına nə tapşırıb?- Kremldə gizli müşavirə

Rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümündən sonra Kreml Federal Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli generalları ilə bir sıra görüşlər keçirib.

Azpost.info xəbər verir ki, məlumatlı mənbə bildirib ki, Navalnının dəfn mərasimi prezident Vladimir Putin və ölkənin ali rəhbərliyi arasında təşvişə səbəb olub.

“Navalnının dəfni Rusiya hakimiyyəti üçün stres sınağıdır. Bu mövzu Kreml rəsmiləri, FTX generalları və Daxili İşlər Nazirliyinin iştirakı ilə keçirilən görüşlərdə ən vacib mövzulardan biri idi”, – adının açıqlanmasını istəməyən yüksək rütbəli rusiyalı məmur deyib.

Mənbənin sözlərinə görə, xüsusi xidmət orqanlarına konstitusiya quruluşunu təhdidlərdən qorumaq üçün əməliyyat keçirmək tapşırılıb: “Ona görə də xüsusi xidmət orqanları öz planlarına uyğun işləyirlər. Dövlət mediasına isə efirləri prezidentin trilyonlarla dollar sərmayə vəd edən çıxışı və yeni elitanın sadə camaat olması barədə xəbərlərlə doldurmaq tapşırığı verilib”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.