Putin paradda Ukraynadakı müharibənin səbəbini açıqlayıb –"Məcburi və yeganə düzgün qərar idi"

Rusiya prezidenti Vladimir Putin Moskvada Qələbə Paradındakı çıxışında xalqı təbrik edib, Böyük Vətən Müharibəsi qəhrəmanlarını xatırlayıb, Donbasda hərbi əməliyyatın səbəblərini açıqlayıb.

“Rusiya təcavüzə qarşı qabaqlayıcı cavab verdi. Bu, yeganə düzgün qərar idi”-deyə Vladimir Putin deyib.

“Biz hərbi infrastrukturun necə inkişaf etdiyini, yüzlərlə xarici məsləhətçinin necə işləməyə başladığını, NATO ölkələrindən müntəzəm olaraq ən müasir silahların çatdırıldığını görürdük. Təhlükə hər gün artırdı. Rusiya təcavüzə qabaqlayıcı reaksiya verdi. Bu, güclü və müstəqil ölkənin verdiyi məcburi, vaxtında və yeganə düzgün qərarı idi”.

Azpost.info bildirir ki, Putin Ukraynada əməliyyatda iştirak edən əsgərlərin Moskvada Qələbə Paradında iştirak etdini deyib: “Bu günlərdə siz Donbasdakı xalqımız, vətənimiz Rusiyanın təhlükəsizliyi üçün mübarizə aparırsınız. Mən indi Silahlı Qüvvələrimizə və Donbas milislərinə müraciət edirəm. Siz vətən uğrunda, onun gələcəyi üçün vuruşursunuz ki, İkinci Dünya müharibəsinin dərslərini heç kim unutmasın, dünyada cəlladlara və nasistlərə yer olmasın”.

Putin qeyd edib ki, Rusiya bütün xalqlara və mədəniyyətlərə hörmətdən heç vaxt əl çəkməyəcək: “Rusiyanın fərqli xarakteri var. Biz vətən sevgisindən, əcdadlarımızın inancından və ənənəvi dəyərlərindən, bütün xalqlara və mədəniyyətlərə hörmətdən heç vaxt vaz keçməyəcəyik. Qərb isə bu min illik dəyərləri görünür, ləğv etmək qərarına gəlib. Bu cür mənəvi deqradasiya İkinci Dünya müharibəsi tarixinin kinli saxtakarlıqlarının, rusofobiyanın qızışdırılmasının, satqınların təriflənməsinin, qurbanların xatirəsinin ələ salınmasının, qalib gələnlərin cəsarətinin silinməsinin əsasına çevrilib”.

Rusiya prezidenti deyib ki, hər bir əsgər və zabitin ölümü xalq üçün kədər, yaxınları üçün isə əvəzedilməz itkidir: “Biz həlak olan və yaralanan hərbçilərin övladlarına xüsusi dəstək verəcəyik. Bu barədə prezidentin sərəncamı bu gün imzalanıb. Dövlət, rayonlar, müəssisələr, ictimai təşkilatlar belə ailələrin qayğı ilə əhatə olunması üçün hər şeyi edirlər”. O, həmçinin yaralanan əsgər və zabitlərə şəfa diləyib, hərbi hospitalların həkimlərinə, tibb bacılarına və tibb işçilərinə əməyinə görə təşəkkür edib.

Azpost.info

Əvvəlki məqalə

“NATO bizi eşitmədi…SSRİ dağılandan sonra ABŞ dünyanı alçaltdı” –

Sonrakı məqalə

Sumqayıtda arvadını öldürən, qaynanasını yaralayan ər tutuldu –