Putin Putin Rusiya müsəlmanlarına müraciət edib

- MƏTN
18 May 2020 - 15:42

Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarından Orucluq bayramının evlərində qeyd etmələrini istəyib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə müraciətində bildirib.

Rusiya prezidenti bunu koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqələndirib.

“Mən bu respublikada (Dağıstanda) insanların bu bayrama münasibətlərini, adətləri qoruduqlarını bilirəm. Həm də bilirəm ki, din xadimləri, İslam dininin davamçıları bu bayramı evdə qeyd etməyə, kollektiv dualardan və böyük ziyafətlərdən imtina etməyə çağırırlar”, – Rusiya prezidenti Dağıstan rəhbərliyi və ictimaiyyətinin nümayəndələri ilə görüşündə vurğulayıb.

O əlavə edib: “Ümid edirəm ki, bu məsləhətli söz mütləq eşidiləcək”.

Vladimir Putin videokonfransda iştirak edən Dağıstanın müftisi Əhməd Abdullayevə koronavirusdan tezliklə sağalmağı arzulayıb.

Qeyd edək ki, bir müddət əvvəl müfti və ailəsinin koronavirusa yoluxduğuna dair xəbər yayılmışdı.