Putin Qarabağla bağlı Təhlükəsizlik Şurasının iclasını çağırdı:

"Əməkdaşlığın necə getdiyini eşitmək istəyərdim”
26 Fevral 2021 - 16:08

Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, müşavirədə Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyət müzakirə olunub.

“Biz sizinlə bu gün Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyimizin, sərhədçilərimizin necə işləməsi barədə sizin qiymətləndirmələrinizi və beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla bu istiqamətdə əməkdaşlığın necə getdiyini eşitmək istəyərdim”, – deyə Rusiya prezidenti müşavirədə bildirib.