Putin Qarabağla bağlı Təhlükəsizlik Şurasının iclasını çağırdı:"Əməkdaşlığın necə getdiyini eşitmək istəyərdim”

Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, müşavirədə Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyət müzakirə olunub.

“Biz sizinlə bu gün Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyimizin, sərhədçilərimizin necə işləməsi barədə sizin qiymətləndirmələrinizi və beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla bu istiqamətdə əməkdaşlığın necə getdiyini eşitmək istəyərdim”, – deyə Rusiya prezidenti müşavirədə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident 4 saat ərzində 35 media qurumunun 50-dək sualını cavablandırıb

Sonrakı məqalə

“Ermənistanda hərbçilərin çevrilişə cəhdi qəbuledilməzdir” –