Putin Qazaxıstana təkliflə gedir- Tokayevi razı sala biləcəkmi?

“Rusiya Qazaxıstanla dostluğa və inteqrasiya tərəfdaşlığına arxalanır və bu ölkədə ilk atom elektrik stansiyasını tikməyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qazaxıstana rəsmi səfərinə bir gün qalmış deyib.

“Bildiyiniz kimi, Qazaxıstan rəhbərliyi öz ərazisində atom elektrik stansiyasının tikintisi məsələsinə baxır. Bu layihənin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilərsə, “Rosatom” Dövlət Korporasiyası ən qabaqcıl texnologiyalardan istifadə etməklə müvafiq layihə hazırlamağa hazırdır. AES sosial-iqtisadi inkişafa güclü təkan verəcək”, – Putin bildirib.

Səfər zamanı Rusiya lideri Kasım-Jomart Tokayevi Qərbin sanksiyaları qarşısında Moskva ilə əməkdaşlığın zəruriliyinə inandırmalı olacaq. Belə ki, Ukraynada müharibə başlayandan sonra Tokayev Rusiya tərəfindən işğal olunmuş ərazilərin ilhaqını tanımaqdan imtina etdi, Rusiyanın dövlət təbliğatçılarını tənqid etdi. Həmçinin Avropa İttifaqı və NATO ilə yaxınlaşmağa doğru getdi, Türkiyə ilə kəşfiyyat mübadiləsinə razılaşdı və Almaniyaya neft nəqlinə başladı.

Oktyabrın sonunda Tokayev Fransa prezidenti Emmanuel Makronla Fransanın atom elektrik stansiyalarına uran tədarükü ilə bağlı razılığa gəldi, həmçinin neft ixracını artırmağa və Rusiyadan yan keçərək Çin-Avropa İttifaqı ticarət dəhlizini inkişaf etdirməyə söz verdi.

“Buna baxmayaraq, Rusiya və Qazaxıstan arasında tərəfdaşlıq xüsusən imtiyazlı xarakter daşıyır. Rusiya Qazaxıstan iqtisadiyyatına ən böyük sərmayə qoyanlardan biridir. Respublikada Rusiyanın iştirakı ilə 6 minə yaxın müəssisə var və sərmayələrin toplanmış həcmi 17 milyard dollara çatıb”, – Putin “Kazaxstanskaya Pravda”ya müsahibəsində deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.