Çeçenistan lideri Ramzan Kadırov ad günündə general-polkovnik rütbəsi aldığını açıqlayıb.
Azpost.info xəbər verir ki, Kadırov bunu öz “Teleqram” kanalında yazıb.
“Sizinlə daha bir xoş xəbəri bölüşmək istəyirəm. Rusiya prezidenti Vladimir Putin mənə general-polkovnik rütbəsi verib. Bu barədə mənə şəxsən Vladimir Vladimiroviç məlumat verdi və məni təbrik etdi”, – Kadırov qeyd edib.
Çeçenistan rəhbəri Rusiya prezidentinə təşəkkür edib və bunu özü üçün böyük şərəf adlandırıb: “Söz verirəm ki, göstərilən etimadı doğruldacağam”.
Azpost.info