Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirusa (COVID-19) qarşı “Vektor” peyvəndinin sentyabrda qeydiyyatdan keçiriləcəyinə ümid etdiyi bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya dövlət başçısı intellektual mülkiyyətin qorunmasının təmin olunmasının vacibliyini qeyd edib.
“Çox ümid edirəm ki, koronavirusa qarşı peyvənd deyilən vaxtda – sentyabrda qeydiyyatdan keçiriləcək”, – deyə V. Putin genetik texnologiyanın inkişafı məsələsinə dair iclasda vurğulayıb.