Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Putin Rusiyanın imkanlarını düzgün qiymətləndirmədi… Dünya dəyişəcək” –

User 11 May 2022 - 14:25 (Last updated: 21 May 2025 - 20:15)
kissincer

“Ukraynada müharibə bitəndən sonra dünyada geopolitik situasiya ciddi dəyişikliklərə uğrayacaq”.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer “Fayneşl Tayms” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, müharibədən sonra Rusiya Avropa və NATO ilə münasibətlərinə yenidən baxmalı olacaq.

Kissincer Rusiya prezidenti Putinin bu münaqişəyə baxış bucağını təhlil edib və “Putinin qırmızı xətti” hardan keçir?” sualına cavab verib.

Sabiq dövlət katibi deyib ki, 15 il ərzində ildə bir dəfə Putinlə akademik səviyyədə strateji diskussiya aparmaq üçün görüşüb: “Fikrimcə, onun əsas inamı rus tarixinə olan mistik inancı idi… O bizim elədiklərimizə görə yox, Avropa və Şərq arasında belə nəhəng fərqə görə özünü təhqir olunmuş hesab edirdi. Mən hesab edirəm ki, Putin beynəlxalq aləmdə üzləşdiyi vəziyyəti, belə nəhəng müəssisənin müdafiəsi üçün Rusiyanın imkanlarını düzgün qiymətləndirə bilməyib. Məsələnin tənizmlənməsi zamanı çatanda hamı nəzərə almalıdır ki, biz artıq keçmiş münasibətlərə qayıda bilməyəcəyik.

Rusiya üçün də bu başqa vəziyyət olacaq. Ona görə yox ki, biz bunu tələb edirik, ona görə ki, bunu özləri elədilər”.

Kissincerin sözlərinə görə, bütün bu böhranlarda başa düşmək lazımdır ki, daxili qırmızı xətt özündə nəyi ehtiva edir: “Sual budur: Bu gərginlik nə qədər davam edəcək və bu qarşıdurmanın davametmə imkanları nə qədər böyükdür? Yoxsa ki, o artıq öz mümkün səviyyəsinə çatıb- Putinə yalnız qərar vermək qalır: Hansı anda müharibənin eskalasiyası onun cəmiyyətini o dərəcədə gərginləşdirəcək ki, bu böyük dövlət kimi gələcəkdə beynəlxalq siyasət yürütmək imkanlarını məhdudlaşdıracaq.

Məndə onun buna nə vaxt çatacağı barədə ehtimal yoxdur. Bu nöqtəyə çatdıqdan sonra situasiya 70 il istifadə edilməyən silah kateqoriyasına keçmək dərəcədə kəskinləşəcəkmi? Əgər bu xətt keçiləcəksə, bu fövqəladə bir vəziyyət olacaq”-deyə Kissincer bildirib.

Azpost.info

 

Post navigation

Previous: Rasim Balayev Kinematoqrafçılar İttifaqının sədri olacaq –
Next: “Xəstədirlər…Ekstradisiyadan qorxmuram” –

Oxşar xəbərlər

Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33

xƏBƏR

Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Avropa noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli görüşdə iştirak edə bilməyəcək. Bunu Rusiya prezidentinin...
Read more about Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.