“Ermənistan-Azərbaycan sərhəddindəki gərginliyin aradan qaldırılması üçün ciddi ekspert işi aparılır”.
Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu gecə Paşinyanla telefon danışığı oldu. Baş vermiş ciddi gərginlik müzakirə olundu. Bu danışıqlar müstəvisində ekspert səviyyəsində intensiv iş aparılır. Başqa nəsə deyə bilmərəm. Əldə olunan nəticələr barədə məlumat veriləcək”.
Peskov bildirib ki, burada Putinin və Rusiyanın rolunu qiymətləndirməmək çətindir. “Prezident sərhəddə gərginliyin aradan qaldırılması üçün əlindən gələni edir, bütün səylərini göstərir. Bu cəhdlər davam edir”-deyə mətbuat katibi vurğulayıb.