KTMT Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanat yaydı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşma baş verib. Nəticədə ölən və yaralananlar var. Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin nizamlanması üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış razılaşmalardan, müstəsna olaraq siyasi və diplomatik üsullardan istifadə edilməlidir. Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk”, – bəyanatda deyilir.

Bundan başqa, Ermənistanın yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birləşmiş Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edilib.

Əvvəlki məqalə

Fransa sərhəddəki döyüşlərlə bağlı BMT Təhlükəzilik Şurasının iclasını çağırıb

Sonrakı məqalə

“Putin sərhəddə gərginliyin aradan qaldırılması üçün əlindən gələni edir…” –