Putin Səudiyyənin şahzadəsi ilə Ukraynanı müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudla Ukraynadakı vəziyyəti müzakirə edib.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib. Telefon söhbəti Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər Ukraynadakı münaqişə ilə yanaşı, beynəlxalq gündəmdə olan bir sıra məsələləri, o cümlədən Yəməndəki vəziyyətin nizama salınmasını müzakirə ediblər.

Putin və vəliəhd şahzadə ticari-iqtisadi və digər sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər. Xüsusilə, dünya neft bazarının sabitliyinin təmin edilməsinə yönəlmiş OPEC+ formatında birgə işi müsbət qiymətləndiriblər.

Azpost.info

Əvvəlki məqalə

90-ların sevilən ulduzu Andrey Qubin xəstədir:

Sonrakı məqalə

Dünən ölkədə COVİD-19-a 14 nəfər yoluxub, ölən yoxdur