Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb- Nə müzakirə olunub?

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qələbə Gününün qeyd edilməsinə hazırlığı müzakirə edib.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Qələbə Gününün qeyd edilməsinə hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub”, – Peskov deyib.

İclasda Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.

Azpost.info

Əvvəlki məqalə

Füzuli-Hadrut avtomobil yolunun açılışı olub

Sonrakı məqalə

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinə afroamerikalı general başçılıq edəcək