Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Tacikistan lideri Emoməli Rəhmonu III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib,
Azpost.info xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
Putin Rəhmonu iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə təltif etdiyini deyib.
“Emoməli Rəhmon iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsində, o cümlədən regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində böyük şəxsi xidmətlərinə görə Rusiya prezidentinin sərəncamı ilə III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib”, – məlumatda deyilir.
Azpost.info