Rusiya prezidenti Vladimir Putin Karaqanda vilayətində şaxtada baş vermiş qəza ilə əlaqədar Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.
Azpost.info xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Rusiya lideri həlak olanların ailələrinə başsağlığı sözlərini çatdırmağı xahiş edib.
Son məlumatlara görə, şaxtada ölənlərin sayı 28-ə yüksəlib.
Azpost.info