“Putin Trampa dedi ki, İrana kəşfiyyat məlumatları ötürülmür” –ABŞ prezidentinin nümayəndəsi

Rusiya prezidenti Putin dünən ABŞ lideri Trampa Rusiyanın İranla kəşfiyyat məlumatı paylaşmadığını deyib.

Azpost.info bildirir ki, bu barədə Trampın xüsusi elçisi Stiv Vitkoff bildirib.

Reuters-in məlumatına görə, Donald Trampın xüsusi elçisi Stiv Vitkoff CNBC-yə verdiyi müsahibədə dünən telefon danışığında Rusiya ABŞ hərbi aktivləri ilə bağlı kəşfiyyat məlumatı paylaşdığını təkzib edib.

“Mən kəşfiyyat zabiti deyiləm, ona görə də bunu sizə deyə bilmərəm. Yalnız onu qeyd edə bilərəm ki, dünən prezidentlə telefon danışığında Rusiya tərəfi belə bir məlumat paylaşmadığını bildirib. Onlar belə deyiblər. Biz onların sözlərinə inana bilərik. Ümid edək ki, onlar məlumatı paylaşmayacaqlar” – deyə Vitkoff bildirib.

Ötən həftə “The Washington Post” qəzeti Rusiyanın ABŞ hərbi aktivlərinə hücum etmək üçün İrana kəşfiyyat məlumatı verdiyini aşkar edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.