Moskva Aktaudakı təyyarə qəzasında yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayır.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu təyyarə qəzasında öz yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, sağ qalanların hamısına şəfa diləyirik”, – Peskov qeyd edib.
Peskov əlavə edib ki, Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək ona da başsağlığı verib.
Azpost.info