Putin: “Üçüncü Dünya Müharibəsi təhlükəsi artır”

Putin
Putin

Rusiya prezidenti Vladimir Putin dünyanın Üçüncü Dünya Müharibəsi təhlükəsi ilə üz-üzə qalmasından narahatlığını ifadə edib. AzPost xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) çıxışı zamanı danışıb.

“Münaqişə potensialı çoxdur və getdikcə artır,” – deyə Putin bildirib. Dövlət başçısının sözlərinə görə, bu gərginliklərin əsas mənbələrindən biri Ukraynadakı hazırkı münaqişədir və bu, “birbaşa Rusiyaya aiddir”.

Putin, həmçinin, İranın nüvə obyektləri ətrafında yaranan vəziyyəti də təhlükəli hesab etdiyini deyib. Onun fikrincə, bu hadisələr bütün dünya üçün ciddi narahatlıq doğurur.

Rusiya lideri əlavə edib ki, Yaxın Şərqdə cərəyan edən hadisələr də diqqətlə izlənməlidir. O vurğulayıb ki, belə münaqişələr sülh yolu ilə həll edilməlidir və beynəlxalq ictimaiyyət bu istiqamətdə ciddi səylər göstərməlidir.

Putinin bu açıqlamaları beynəlxalq müstəvidə yeni təhlükə dalğalarının artdığı bir dövrdə səslənir və qlobal sabitliyin təmin olunmasının vacibliyini bir daha gündəmə gətirir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.