Putin Ukrayna müharibəsinin yeni mərhələsinə başlayıb

Prezident Putin Çindəki sammitdən sonra Ukraynaya qarşı müharibənin yeni mərhələsinə başlayıb.

AzPost bildirir ki, bu barədə  “The Times” nəşrinin yazısında deyilir.

Nəşr yazır ki, Putinin Si Cinpin və Kim Çen Inla birgə hərbi paradda nümayişkaranə dəstək aldığı Pekinə səfərindən sonra müharibə zamanı ilk dəfə olaraq Kiyevdə Nazirlər Kabinetinin binasına raket düşüb.

Analitiklər bunu “sərt xətt”in rus tərəfdarlarının çoxdan tələb etdiyi “qərar qəbuletmə mərkəzləri”nə zərbələrə keçid siqnalı hesab edirlər.

“The Times” qeyd edir ki, Pekindən qayıtdıqdan sonra Putin nəzərəçarpacaq dərəcədə özünə inamı artırıb və onun ritorikası hətta danışıqlara hazır olmasından əl çəkib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.