Putin müharibədə döyüşənlərin kredit borclarını sildi

Rusiya prezidenti Putin Ukraynada hərbi əməliyyatlarda iştirak edən iştirakçıların kredit borclarını silinməsi barədə qanunu imzalayıb.

Azpost.info bildirir ki, qanuna əsasən hərbi əməliyyatın bəzi iştirakçılarının 10 milyon rubla qədər vaxtı keçmiş kreditləri silinəcək.

Qərar səfərbərlik üzrə çağrılmış döyüşçülərə, müddətli həqiqi hərbi xidmətdə olan çağırışçılara (hərbi məktəblərin və ali məktəblərin kursantları istisna olmaqla) və 2024-cü il dekabrın 1-dən hərbi xidmət keçmək üçün müqavilə bağlamış digər vətəndaşlara, habelə onların həyat yoldaşlarına şamil edilir.

Qanuna əsasən, kredit öhdəlikləri üzrə icra icraatlar 2024-cü il dekabrın 1-dək qüvvəyə mindiyi halda xitam veriləcək.

Əvvəlki məqalə

“Kinomexanik” Fransadan iki mükafatla qayıtdı

Sonrakı məqalə

COP29-un yekun iclasında Paris İqlim Sazişinin iki əsas bəndi təsdiqləndi