“Putin Ukraynada uğur qazansa, Baltikyanı ölkələri də işğal edəcək”- Münhen konfransının sədri

“Rusiya prezidenti Ukraynada uğur qazansa, Baltikyanı ölkələri də işğal edəcək”.

Azpost.info xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen bildirib.

“Putin açıq şəkildə bildirdi ki, Sovet İttifaqını yenidən yaratmaq istəyir. Deməli, o, Ukraynada uğur qazansa, Baltikyanı ölkələri də işğal edəcək. Bu ölkələr NATO üzvü olduğu üçün bu, Almaniyaya, müttəfiqlərin öhdəliklərinə birbaşa təsir edəcək. Bunun qarşısı alınmalıdır. Ona görə də Ukraynaya kömək etmək lazımdır”, – Heusgen qeyd edib.

Qeyd edək ki, Rusiya bu il Münhen Beynəlxalq Təhlükəsizlik Konfransına dəvət edilməyib. Konfrans fevralın 17-də Almaniyanın Münhen şəhərində öz işinə başlayacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.