“Genetika sahəsində ön plana çıxanlar dəhşətli dağıdıcı gücə malik silahlara sahib olacaqlar”.
Azpost.info bildirir ki, bu barədə Rusiya prezidenti Putin açıq dərsi çərçivəsində məktəblilərlə görüşü zamanı bildirib.
Putin elmin bəşəriyyət üçün təhlükəyə çevrilməməsinin vacibliyini vurğulayıb.
“Genetika sahəsində nailiyyətlər dağıdıcı güc silahına çevriləcək. Bunun bəşəriyyət üçün təhlükəyə çevrilməməsi vacibdir”-deyə Putin vurğulayıb.
2019-cu ildən Rusiyada yerli genetikanın inkişafı proqramı həyata keçirilir. Bu, 2027-ci ilə qədər davam edəcək. Hakimiyyət bunun üçün büdcədən 127 milyard rubl ayırmağı planlaşdırır.
Azpost.info