Putin və Ərdoğan Fələstin-İsrail münaqişəsini müzakirə edib

Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Tərəflər Fələstin-İsrail münaqişəsinin gərginləşməsini müzakirə ediblər.

Qeyd olunub ki, danışıq zamanı iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatını və gərginliyin yayılmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.

Bundan əlavə regionda humanitar ehtiyacların ödənilməsi üçün bəzi təşəbbüslərin həyata keçiriləcəyi dəyərləndirilib.

Prezident Ərdoğan mülki yaşayış məntəqələrinin hədəf alınmasının narahatlıq doğurduğunu və bu cür təşəbbüslərin Türkiyə tərəfindən birmənalı qarşılanmadığını bildirib.

Ərdoğan həmçinin Türkiyənin bölgədə əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etməyə davam edəcəyini əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.