Putin və Ərdoğan sərhəddəki döyüşləri müzakirə edəcək –Vaxt məlum oldu

Rusiya və Türkiyə prezidentləri Azərbaycan və Ermənistan sərhədindəki döyüşləri müzakirə edəcək. 

Azpost.info bildirir ki, bu barədə Röyter türk rəsmisinə istinadən xəbər yayıb. Putin və Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində görüşəcəklər.

“Son vəziyyət Putinlə müzakirə ediləcək. Rusiya və Türkiyənin müharibənin dayandırılmasında və ondan sonra apardığı  birgə işi məlumdur”-deyə mənbə bidirib. “Türkiyə iki ölkə arasında problemin həlli üçün təmaslara başlayıb”.

Putin və Ərdoğanın görüşü ŞƏT sammiti çərçivəsində cümə günü keçiriləcək

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.