“Putin və mən hesab edirik ki, İran-İsrail savaşı bitməlidir” –TRAMP

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından danışıb.

AzPost bildirir ki, onun sözlərinə görə, söhbətin əsas mövzusu İran və İsrail arasındakı münaqişə olub.

“Prezident Putin bu səhər mənə zəng edərək çox nəzakətlə ad günümü təbrik etdi. Amma ən əsası onun çox yaxşı tanıdığı bir ölkə olan İran haqqında uzun müddət danışdıq. Biz 1 saat danışdıq. O və mən hesab edirik ki, İsrail və İran arasında müharibə bitməlidir. Mən həmçinin izah etdim ki, onun da müharibəsi bitməlidir”, – Donald Tramp bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna haqqında danışmağa çox az vaxt sərf olunub. “Bu barədə gələn həftə olacaq. O, planlaşdırılmış məhbus mübadiləsini həyata keçirir – hər iki tərəfdən çoxlu sayda məhbusun dərhal mübadiləsini həyata keçirir”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.