Putin və Modi birgə bəyanatda Ukrayna ilə bağlı dialoqa çağırıblar

Rusiya prezidenti Vladimir Putin və Hindistan Baş naziri Narendra Modi Moskvada danışıqların yekunlarına dair birgə bəyanatda Ukraynadakı münaqişənin dialoq yolu ilə sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Onlar münaqişənin beynəlxalq hüquq normalarına uyğun və BMT Nizamnaməsi əsasında sülh yolu ilə həllinə yönəlmiş təklifləri məmnunluqla qeyd ediblər”, – bəyanatda deyilir.

Liderlər münaqişənin hər iki tərəfin iştirakı ilə diplomatiya yolu ilə həll edilməli olduğunu qeyd ediblər.

Azpost.info

Əvvəlki məqalə

Avtobus zolaqlarında fasiləsizlik təmin olunacaq

Sonrakı məqalə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib