Putin və Ərdoğan hansı mövzuları müzakirə edəcək?

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın paytaxt Ankarada Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondu – SETA-da keçirilən Türkiyenin Xarici Siyasət Əsri Konfransında iştirak və çıxış edib.

İ.Kalın aprelin 27-də keçiriləcək Mersin Akkuyu Atom Elektrik Stansiyasının Yanacaq Doldurma Məntəsəi mərasimindən əvvəl Türkiyə prezidenti R.T.Ərdoğanla Rusiya prezidenti V.Putinlə telefon danışığı olacağını deyib. İki ölkə başçısı ikitərəfli əlaqələr, enerji əməkdaşlığı və regional məsələləri müzakirə edəcəklər.

Rusiya-Ukrayna müharibəsilə bağlı Qərb ölkələrinə müraciət edən İbrahim Kalın deyib: “Gəlin, Ukrayna ilə müharibəni bitirmək üçün bütün imkanlarımızı səfərbər edək. Bu müharibənin uzanması, genişlənməsi və dərinləşməsi qlobal fəlakətə gətirib çıxaracaq”.

Türkiyənin hüquq və mənafelərini hədəfə alan təşəbbüslərə heç vaxt icazə verilməyəcəyini də bildirən sözçü PKK-PYD-YPG terror şəbəkəsi və müxtəlif qruplaşmalarına qarşı mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayıb.

İ.Kalın Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirlərinin iştirakı ilə Moskvada keçirilən dördtərəfli toplantıya da toxunaraq danışıqların qeyd-şərtsiz davam etdirilməsinin vacibliyini sözlərinə əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.