Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə xüsusi diqqət ayıracaq –Kremldən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ liderləri eyni zamanda, strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Y. Uşakov qeyd edib ki, V. Putin və C. Bayden Dağlıq Qarabağ, Ukrayna daxilindəki münaqişə və Belarusdakı vəziyyətə xüsusi diqqət ayırmağı planlaşdırırlar. (APA)

Qeyd edək ki, Rusiya-ABŞ sammiti sabah Cenevrədə keçiriləcək.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir