“Putin və Heydər Əliyev dostluq münasibətlərinin əsasını qoyublar” –Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirib.

Azərbaycan dövlətinin başçısı deyib:

“Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu”.

Əvvəlki məqalə

Putin digər dövlətləri Azərbaycanın iştirak etdiyi layihəyə qoşulmağa dəvət edib

Sonrakı məqalə

“Rusiya sülhməramlıları Ermənistanı da tərk etməlidir” –