Putin və İran prezidenti Qarabağı müzakirə edib

İran prezidenti İbrahim Rəisi ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Azpost.info bildirir ki, bu barədə Kreml məlumat yayıb.

Telefon danışığında İranın nüvə proqramı, regionda baş verən proseslər haqqında müzakirə aparılıb.

Söhbət zamanı Qarabağ ətrafında vəziyyət müzakirə olunub. Putin İran prezidentini atəşkəs rejiminin təmin edilməsi ilə bağlı aparılan tədbirlərlə bağlı məlumatlandırıb.

İran və Rusiya prezidentləri regionda əməkdaşlığı artırmağın zəruriliyini vurğulayıb, “altılıq platforması” təşəbbüsünü də müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə nə qədər pensiyaçı var? –

Sonrakı məqalə

Türk dünyasının cazibə mərkəzi olan Azərbaycan –