Putin və Lukaşenko görüşəcək- ŞƏT sammiti çərçivəsində

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Sammit sentyabrın ortalarında Özbəkistanda keçiriləcək.

Telefon söhbəti zamanı prezidentlər gələcək təmasların qrafikini,  eləcə də Rusiya-Belarus münasibətlərini, regionda və dünyada vəziyyəti də müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Azərbaycan və Ermənistanın delimitasiya üzrə Komissiyasının iclası Brüsseldə olacaq