Sabah hava necə olacaq?- PROQNOZ

Sentyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.

Əvvəlki məqalə

Laçının Zabux kəndindən yeni görüntülər

Sonrakı məqalə

Putin və Lukaşenko görüşəcək