Putin və Pezeşkian Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq

Rusiya Prezidenti Vladimir Putin yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkianla görüşəcək.

AzPost bildirir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, İran prezidenti yanvarın 17-də Rusiyaya rəsmi səfər edəcək.

“İkitərəfli əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinin, o cümlədən ticarət-sərmayə, nəqliyyat-logistika və humanitar sahələrdə, eləcə də regional və beynəlxalq gündəlikdəki aktual məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Danışıqlardan sonra Vladimir Putin və Məsud Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq və mətbuata açıqlamalar verəcəklər”, – deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.