Putin və Pezeşkianla danışdı, Cənubi Qafqazı müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putinin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.

Kremlin yaydığı məlumata görə, Vladimir Putin Alyaskada keçirilən Rusiya-Amerika görüşünün əsas nəticələri barədə İran Prezidentinə məlumat verib.

Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.

İkitərəfli gündəliyin bir sıra aktual məsələləri, o cümlədən energetika və nəqliyyat sahəsi müzakirə olunub.

İranın nüvə proqramı ilə bağlı vəziyyətə və Cənubi Qafqaz regionunda hadisələrin inkişafına da toxunulub.

 

Vladimir Putin və Məsud Pezeşkian müxtəlif sahələrdə Rusiya-İran qarşılıqlı əlaqəsinin daha da artırılmasını və ŞƏT-in Çində keçiriləcək sammitinə dair fikir mübadiləsi aparıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.