Putin Vardanyanın həbsindən danışıb

“Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib”.

Bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

Putin Qarabağın keçmiş “lider”lərinin həbsi ilə bağlı suala cavabında bildirib ki, Azərbaycan rəhbərliyinin bu məsələdə humanitar mövqedən çıxış edəcəyinə ümid edir.

Qeyd edək ki, Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.