Putin və Əhməd əl-Şaraa Rusiya hərbi bazalarının taleyini müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşdə Rusiya hərbi bazalarının taleyini müzakirə edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu mövzunun prezidentlərin danışıqları zamanı qaldırılacağını söyləyib.

“Aydındır ki, bu, prezidentlə söhbət zamanı bu və ya digər şəkildə qaldırılacaq… Bəli, bunu gözləmək olar”, – Kremlin sözçüsü vurğulayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.