Prezidentlər Putin və Zelenski arasında ikitərəfli görüşün yeri yaxın saatlarda müəyyən olunacaq.
AzPost bildirir ki, bu sözləri Fransa prezidenti Makron bildirib.
Öz növbəsində ABŞ prezidenti Tramp Putinlə əlaqə saxladığını və Putinlə Zelenski arasında görüş təşkil etməyə başladığını bildirib. O, daha sonra iki prezident və Trampın özü arasında üçtərəfli görüşün baş tutacağını bildirib.
“Axios” nəşri xəbər verir ki, Tramp avqustun sonuna qədər Putin və Zelenski arasında görüş keçirməyə ümid edir.
AFP-in məlumatına görə, Putin Trampa Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.