“Putin yoldan çıxarılmış adamdır….Əmin idim ki, asanlıqla razılığa gələcəyik” –ABŞ Prezidenti

Tramp
Tramp

Putinin Ukraynadan kənarda ərazi ambisiyaları mümkündür.

AzPost bildirir ki, bu barədə ABŞ Prezidenti Tramp NATO saamitindən sonra keçirdiyi brifinqdə bildirib.

“Demək istəyirəm ki, bu mümkündür. Bu günlərdə mənə zəng edib dedi ki, İranla bağlı nə kömək edə bilərəm? Dedim, “yox, sən mənə Rusiya ilə bağlı kömək elə”. Çünki son bir neçə həftə ərzində Hindistan və Pakistan, Kosovo və Serbiya ilə məşğul olmuşuq”-deyə Tramp vurğulayıb.

Tramp deyib ki, daha iki münaqişəni həll edib.

“Mənim fikrimcə, o, sadəcə olaraq yoldan çıxarılmış adamdır. Əslində çox təəccüblənirəm. Mən əmin idim ki, biz asanlıqla razılığa gələcəyik”-deyə ABŞ Prezidenti fikrini tamamlayıb.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.