Putin-Ərdoğan görüşünün yeri və vaxtı açıqlandı - Liderlər nəyi müzakirə edəcək?

“Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə görüşəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ərdoğan administrasiyası da Türkiyə prezidentinin rusiyalı həmkarı ilə görüşmək üçün avqustun 5-də Soçiyə bir günlük səfər etməyi planlaşdırdığını açıqlayıb. Ankaradan bildiriblər ki, liderlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər. Həmçinin taxıl dəhlizinin yekun qiymətləndirilməsi də gündəmdə olacaq.

Putin və Ərdoğan sonuncu dəfə iyulun 19-da Astana “üçlüyünün” sammiti çərçivəsində Tehranda görüşüblər. Türkiyə prezidenti Rusiyaya sonuncu dəfə 2021-ci ilin sentyabrında səfər edib. O zaman Soçidə Rusiya dövlət başçısı ilə də görüşü olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.