“Putindən qorxmuram…” –Tramp Moskvaya mesaj verdi

ABŞ prezidenti Tramp Venesuelada keçirilmiş hərbi əməliyyatın nəticələri ilə bağlı mətbuat konfransında Ukrayna savaşına toxunub.

AzPost bildirir ki, Trampın sözlərinə görə, müharibədə hər ay 30 min əsgər həlak olur.

“Bu müharibə başlananda mən yox idim. Düşünürdüm ki, ən asan münaqişə Rusiya ilə Ukrayna arasındakı müharibə olacaq. Amma hələ ki, onları barışdıra bilməmişəm”, – deyə o əlavə edib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, Putinlə təmaslarının gedişatından narazıdır.

Tramp deyib ki, Putindən qorxmur və Putinin addımlarından iftixar hissi keçirmir.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.