Putindən gözlənilməz təklif –Hazırkı cəbhə xəttində müharibəni dayandırmağı təklif edib

Rusiya prezidenti Vladimir Putin özü ABŞ-a hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib.

Bu barədə “Financial Times” üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Putin bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa Sankt-Peterburqda görüş zamanı deyib. Mənbənin sözlərinə görə, Putinin təklifinə əsasən, Rusiya hələ də rus ordusunun nəzarəti altına alınmamış Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ərazilərindən imtina etməyə hazırdır.

Qəzet qeyd edir ki, təklif xüsusi hərbi əməliyyatın başlanmasından bəri Moskvanın maksimalist tələblərindən geri çəkilə biləcəyinin ilk rəsmi işarəsidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.