Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini mayın 15-də Türkiyədə şəxsən gözləyəcəyini bildirib.
Bu barədə Zelenski axşam bəyanatında açıqlayıb.
“Biz atəşkəs gözləyirik – tam və uzunmüddətli, diplomatiya üçün lazımi baza təmin edəcək. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini şəxsən cümə axşamı Türkiyədə gözləyəcəm”, – deyə Zelenski vurğulayıb.
Prezident, həmçinin əlavə edib ki, Rusiya bu dəfə bunu edə bilməyəcəkləri səbəblər axtarmayacaq.
Xatırladaq ki, mayın 10-da bir sıra Avropa ölkələrinin rəhbərləri Kiyevə gəliblər. Onlar əvvəlcə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, sonra isə Amerika lideri Donald Trampa zəng ediblər.
Söhbət zamanı məlum olub ki, Ukrayna və onun bütün müttəfiqləri ən azı 30 gün ərzində tam, qeyd-şərtsiz atəşkəsə hazırdır.
Zelenski daha sonra deyib ki, Ukrayna və Rusiya arasında atəşkəs mayın 12-də bazar ertəsi başlamalıdır. Lakin mayın 11-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin mayın 12-dən atəşkəs təklifini rədd edərək, əvəzində 2022-ci ildə İstanbulda başlayan danışıqları mayın 15-dən sonra davam etdirməyi təklif edib.