Putinin 1-ci Pyotrla bağlı dedikləri Finlandiya prezidentini qorxutdu –İsveç kralı ilə görüşü ləğv etdi

Finlandiya prezidenti Sauli Niinistö rusiyalı həmkarı Vladimir Putinin Böyük Şimal müharibəsi ilə bağlı sözlərini eşitdikdən sonra İsveç kralı ilə şam yeməyini tələsik ləğv edib.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Putin sahibkarlarla görüşü zamanı bildirib ki, I Pyotr İsveçdən heç nə götürməyib, əksinə, geri qaytarıb.

“Daily Mail” yazır ki, Niinistö İsveç kralı və həyat yoldaşı ilə görüş təyin etsə də, Putinin çıxışından bir neçə saat sonra xanımı ilə birlikdə Helsinkiyə qayıdıb. Helsinki rəsmiləri “Daily Mail”in Niinistönün gedişinin Putinin bəyanatı ilə bağlı olması ilə bağlı fikirlərini təsdiqləməyiblər.

Rusiya prezidenti məlum çıxışı zamanı onu da qeyd edib ki, Rusiyanın indiki hakimiyyətinin taleyinə onun suverenliyini və ərazilərini qaytarmaq və gücləndirmək düşüb.

Azpost.info

Əvvəlki məqalə

Ölkədə ərzaq malları 18 faiz bahalaşıb –

Sonrakı məqalə

“Sputnik Azərbaycan”ın şef-redaktoru və həyat yoldaşı Azərbaycandan çıxarılır