Putinin 71 yaşı tamam oldu- Ad gününü necə qeyd edəcək?

Bu gün Rusiya prezidenti Vladimir Putinin 71 yaşı tamam olur.

Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Putinin ad gününü qeyd edib-etməyəcəyinə aydınlıq gətirib.

O bildirib ki, bu gün dövlət başçısı həmişəki kimi işdə olacaq.

“Sıradan tədbirlərin keçirilməsi planlaşdırılır. Biz sizə vaxtında məlumat verəcəyik”, – Peskov bildirib.

Qeyd edəkki, ötən il oktyabrın 7-də Sankt-Peterburq yaxınlığındakı Konstantinovski sarayında MDB ölkələrinin qeyri-rəsmi sammiti keçirilmişdi. Belarus prezidenti Aleksandr Lukaşenko Putinə ad günü hədiyyəsi kimi “Belarus-1523.3” traktoru hədiyyə etmişdi.

Peskovun sözlərinə görə, bu il oxşar sammitin keçirilməsi nəzərdə tutulmayıb.

Azpost.info

Əvvəlki məqalə

Ağstafada meşədə itkin düşən 3 yaşlı uşaq tapılıb

Sonrakı məqalə

İsrail ordusu döyüşə hazır vəziyyətə gətirlib