Ağstafada meşədə itkin düşən 3 yaşlı uşaq tapılıb

Oktyabrın 6-sı axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonunun Göycəli kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 2020-ci il təvəllüdlü uşağın itkin düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xüsusi təlim keçmiş it cəlb olunmaqla axtarış-xilasetmə işlərinə başlanılıb.

Fasiləsiz olaraq həyata keçirilmiş axtarış tədbirləri nəticəsində xilasedicilər tərəfindən azyaşlı səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki məqalə

“Həyat yolunuz Vətənə xidmət nümunəsidir”

Sonrakı məqalə

Putinin 71 yaşı tamam oldu