Putinin daha bir dəbdəbəli malikanəsi aşkarlanıb- “The Guardian” (FOTO)

Rusiya prezidenti Vladimir Putinin daha bir dəbdəbəli malikanəsi aşkarlanıb. Malikanə Kareliyada – Ladoga gölünün yaxınlığında yerləşir.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Yazıda qeyd olunur ki, malikanənin tikintisində Putinin dostları, rusiyalı oliqarxlar Yuri və Boris Kovalçukun şirkəti iştirak edib.

Dəyəri milyonlarla dollarla qiymətləndirilən malikanənin yerləşdiyi ərazidə pivə zavodu, təbii şəlalə və öküz ferması var.

Azpost.info

 

 

Əvvəlki məqalə

“Rusiya ilə münasibətlər yüksək səviyyədədir”

Sonrakı məqalə

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub