Laçın istiqamətində mövqelərimiz atəşə tutulub- Müdafiə Nazirliyi

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

Putinin daha bir dəbdəbəli malikanəsi aşkarlanıb

Sonrakı məqalə

“Azersun Holding”ə dəymiş ziyanı Almaniya şirkəti ödəyəcək