“Putinin dayanacağını düşünən adam axmaqdır” –Bayden danışdı

Baydenin
Baydenin

ABŞ-ın keçmiş prezidenti Co Bayden BBC News-a müsahibəsində dövlət başçısı Donald Trampın Rusiya prezidenti Vladimir Putinə yanaşmasına münasibət bildirib.

AzPost-un məlumatına görə, onun fikrincə, Tramp Rusiya prezidentinə qarşı “sakitləşdirmə siyasəti” aparır, Vladimir Putin isə Ukraynanı “Ana Rusiyanın bir hissəsi” hesab edir.

“O, Sovet İttifaqının dağılması faktı ilə barışa bilmir. Putinin dayanacağını düşünən kəs axmaqdır” deyə Bayden bildirib.

O, həmçinin vurğulayıb ki, Trampın yanaşmasının digər Avropa ölkələrinə Rusiyaya təslim olmağın vaxtının gəldiyinə dair siqnal ola biləcəyindən narahatdır.

Jurnalist Baydendən prezident olarkən Ukraynanı silahlarla təminatının lazımi qədər edilmədiyi ilə bağlı iddialara aydınlıq gətirib.

“Biz Ukraynaya müstəqilliklərini təmin etmək üçün lazım olan hər şeyi verdik. Əgər Putin həqiqətən də yeni addımlar atsaydı, biz daha aqressiv cavab verməyə hazır idik”, – ABŞ-ın keçmiş prezidenti deyib.

Bayden “nüvə gücləri ilə III Dünya Müharibəsi” perspektivindən qaçmağa çalışdığını söyləyib: “Biz faktiki olaraq bundan qaçdıq. Putin həqiqətən problemlə üzləşsəydi, nə edərdi? O, taktiki nüvə silahından istifadə etməklə hədələdi. Bu isə oyun və ya ruletka deyil”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.