Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Putinin dünya arenasına qayıdışı –

User 23 İyun 2022 - 22:29 (Last updated: 21 May 2025 - 20:15)
briks

İyunun 23-ü Rusiya prezidenti Vladimir Putin BRİKS qrupunun Çin Xalq Respublikasının sədrliyi ilə keçirilən 14-cü zirvə görüşünə qatılıb.

BRİKS beş ölkənin – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının daxil olduğu qrupdur (BRİCS – Brazil, Russia, İndia, China, South Africa).

Qrup 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çinin iştirakı ilə yaradılıb. Cənubi Afrika qrupa 2011-ci ildə qoşulub.

BRİKS-in 14-cü zirvə görüşü virtual formada keçirilsə də, ABŞ-ın CNN kanalı bunu Vladimir Putinin “dünya arenasına qayıdışı” kimi qiymətləndirir.

Kanal qeyd edir ki, fevral ayının 24-dən Ukraynada qanlı müharibəyə başlayan Putin o vaxtdan bəri ilk dəfədir iri iqtisadiyyata malik ölkələrin liderlərinin iştirakı ilə keçirilən tədbirə qatılır.

CNN vurğulayır ki, BRİKS sammitində Putin üçün xoş mənzərə açılacaq: onun siması Çin Xalq Respublikasının sədri Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, Braziliya prezidenti Jair Bolsonaro və Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ilə birlikdə ekranda görünəcək. Bu isə Ukrayna təcavüzünə görə sanksiyalarla, kəskin etirazlarla üzləşən Rusiyanın və prezident Putinin meydanda heç də tək qalmadığının nümayişinə çevrilə bilər.

CNN ekspertlərə istinadla bildirir ki, 14-cü zirvə görüşünü keçirmək, daha dəqiqi, Putinlə birgə sammitə qatılmaq qərarı Çin, Braziliya, Hindistan və Cənubi Afrikanın dünya nizamına və Ukraynadakı vəziyyətə Qərbdən fərqli mövqe sərgiləməsinin daha bir təzahürüdür.

Hindistandakı Siyasi Tədqiqatlar Mərkəzinin eksperti Suşant Sinqx CNN-ə açıqlamasında deyib ki, Çin, Braziliya, Hindistan və Cənubi Afrika kimi iri iqtisadiyyata malik ölkələrin liderlərinin onlayn formatda olsa belə Putinlə bir cərgədə görünməkdən çəkinməməsi, onu xoş qarşılaması indiki situasiyada Rusiya prezidenti üçün çox vacib hadisədir, çünki bu, dünyadan çıxdaş edildiyi təəssüratı yaranmış Putin haqda təsəvvürlərin dəyişməsinə xidmət edə bilər.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq hər iki ərazidə separatçı rejimlər qurub.

2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk vilayətlərində qurulmuş rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır.

Fevralın 22-dən başlayaraq dünya birliyi Rusiyaya 4 mindən çox sanksiya tətbiq edib. Həmin vaxta qədər Rusiyanın üzərində 2,8 minə yaxın sanksiya olub.

Post navigation

Previous: Tanınmış ilahiyyatçı Elşən Mustafaoğlu azadlığa buraxılıb
Next: Lavrov Bakıya “çantasında” nə gətirib? –

Oxşar xəbərlər

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.